Modern.az

Ata silahlılarla əlaqədə şübhələndiyi oğlunu öldürdü

Ata silahlılarla əlaqədə şübhələndiyi oğlunu öldürdü

15 Yanvar 2017, 23:51

İnquşetiyada ailə dramı yaşanıb. Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, Nazranda Camaldin Çalanov 25 yaşlı oğlunun otağında Makarov tapançası aşkar edəndən sonra buna görə izahat tələb edib.

Mübahizə zamanı ata oğlunu güllələyib.

Yaralı oğul xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ata saxlanılıb, baş verənlərə görə izahatı alınır.

Bildirildiyinə görə, öldürülən gənc heç vaxt polisdə radikal kimi siyahıda olmayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir