Modern.az

Türkiyədə terrorçular belə yetişdirilir - ARAŞDIRMA

Türkiyədə terrorçular belə yetişdirilir - ARAŞDIRMA

16 Yanvar 2017, 09:12

Türkiyədə törədilən ard-arda terror hadisələrindən sonra "Terrorçuları necə aşkar etmək olar", "Canlı bombalar necə yetişir” sualları ağlımızdan keçir. Türkiyədə iki tanınmış psixoloq bu suallara aydınlıq gətirir.  


Hipnoz uzmanı, psixoloq Mehmet Başak Modern.az-a canlı bombaların necə tanına biləcəyini anladıb. Psixoloqun sözlərinə görə, canlı bomba kimi seçilən şəxs hipnoz edilir. Fərq etməz bu qadın, kişi, hətta azyaşlı uşaq olsun:


"İntihar hücumuna gedən terrorçu qalın geyinər ki, bu da partlayıcı bağlanmasını maskalayar. Hətta canlı bombalar yaz və yay aylarında belə, palto və dəri gödəkcə geyinə bilər. Vətəndaşlar bu məqamlara diqqət etməlidir. Eyni zamanda bombaçılar üzərlərində ağırlıq daşıdıqlarına görə, robot kimi gəzirlər. Bu şəxslər tədirgin hərəkət edərlər, tərlərlər, intihar dəqiqəsi yaxşadıqca, tez-tez nəfəs alıb-verərlər. Bütün canlı bombalar dimdik durar və bir nöqtəyə baxarlar. Dəfələrlə saldırılardan sonra onların aşkara çıxan görüntülərində bunu müşahidə etmişik".


Psixoloq deyir ki, əgər "din" adı ilə hipnoz ediliblərsə, bu şəxslər dua oxuyurlar. Diqqət ediləsə görüləcək ki, canlı bombalar durmadan dodaqlarını tərpədirlər. Bu,  onların ölümdən öncəki dualarıdır.

"Eyni zamanda, bu şəxslərin əllərinə diqqət edilməlidir. Əgər əllər sürəkli çantalarında və ciblərindədirsə, demək tətiyə basmağı gözləyirlər. Əgər terrorçu  kişidirsə, onun tanınmaması üçün əvvəlcə saqqaları kəsilir. Yeni kəsilmiş saqqallar da həmən bəlli olur".

Əgər bu sadalananları hiss etdiksə, o zaman nə etməliyik? Mehmet Başak bildirir ki, o şəxsdən həmən aralanmalı və güvənlik güclərinə xəbər verilməlidir. Mümkün oldugu qədər şübhələndiyiniz şəxsin şəklin çəkmək lazımdır. 


"Beyin yuma"


Psixoloq bildirir ki, intihar bombaçılar hər kəs kimi sağlıqlı insanlardır. Onlarda nə şizofren, nə də digər psixoloji xəstəlik var.

"Bu  şəxlər inanclıdırlar. Onların bu inancından yararlanıb bir dost qrupuna cəlb edirlər. Onu özəl seçilmiş biri hipnoz edir və beyninə din qolunda yüksək mərtəbəyə  yüksəlmək üçün savaşmaq və onlardan olmayanları öldürmək gərəkdiyini aşılayayırlar. İnanclı insan hipnoz halında olduğuna görə, bu yalançı iddiaları beyninə yerləşdirir. Artıq beyin tam ölümə hazır olduğunda isə şəxs çanlı bombaya çevrilir".


Uzman psixoloq deyir ki, bəzən canlı bombalar yerin altında 48 saat tənha saxlanılır. Onlara zatən “sən bir ölüsən” deyilir.  Buna "beyin yuma" deyilir. Onlara qəhrəman olduqları aşılanır.


"Ümumiyyətlə, canlı bomba olaraq seçilən insanlar cəmiyyətdə, dost, qohum, iş ortamında özünə yer edə bilməyən şəxslərdir. Ona görə onlara duyöusal basqı qurulur. “Sən zatən sayqın insan deyilsən, amma bir qəhrəman kimi ölərsən, hər kəs səndən bəhs edəcək” kimi psixoloji gediş edirlər. Bu şəxs də qorxaq damöası yemək yerinə ölümü seçir". 

İntiqam duyğusu və Fars kültürü

Psixoloq Nevzat Tarhan isə bildirir ki, canlı bomba olmağa razı olan şəxslərin çoxu uşaq vaxtı fiziksəl və mənəvi travma keçirənlərdir.


"Bu uşaqlar ailələrinin yaşam hekayələrini dinləyərk böyüyənlərdir. Məsələn, ata və ana həbsxanada yatıb və ordakı işgəncələrini danışıb. Yaxud da cəmiyyətdə uğradığı hər hansı bir haqsızlığı tez-tez dilə gətirib, aşağılandığını, onurunun qırıldığını deyir. Belə psixologiyayla böyüyən uşaqlarda qisas alma duyğusu yaranır. Onlar bir an əvvəl böyüyüb ailəsini aşağılayanlardan intiqam almaq istəyirlər. Bu duyğu ilə böyüyürlər və ideallarını bu yolda fəda edirlər.

İntiqam duyğusunu ən çox aşılayan Fars mədəniyyətidir. Onlarda acı çəkmə fəlsəfəsi var. Məsələn, Kərbalada zəncir vuraraq özlərini isbat etməyə çalışırlar. Bu, əslində acı çəkərək "Nirvanaya" çıxmaq Pağan kültüründən gəlir".



Nevzat Tarhan Mehmet Başakdan fərqli düşünür. O hesab edir ki, terror törədən şəxslərin ruh sağlığı yerində deyil.


"Bizim bir çox xəstəmiz qaçıb İŞİD-ə qoşulub. Hətta bir unversitetdə oxuyan tələbə vardı. Bizdə müalicə alırdı. Onu qaçarkən ailəsi polisə xəbərləmişdi. Yaxaladılar, xəstəxanaya yatırıldı. Biz onunla seanslar keçirdik. Tələbə bizə deyirdi ki, bu dunya yaşanılmaz hala gəlib. Dünyanın sonu gəlir. O üzdən şəhid olub Allahın yanına getmək lazımdı. Bunu onun beyninə yeritmişdilər. Ruhsal durumu da buna uyğun idi". 

İntihar otu

Nevzat Tarhan açıqlamasında onu da bildirir ki, terroru həyata keçirən insanlara bəzi dərmanlar da verilir. Bu vasitələr onları cəsarətləndirir.


"Amfetamin qrupundan olan dərmanlar var. O ilacları aldıqlar zaman insan özünü həddindən artıq cəsarətli hesab edir. Əsrar kimi narkotik vasitələr canlı bombalara verilmir. Çünkü bunlar passiv edir və tənbələşdirir.  Şri-Lanka adasında “intihar otu” deyə bir ot var. Ot aşkar edildiyindən bu günə kimi yayılmasın və satılmasın deyə, BMT adaya hər il 110 milyon dollar ianə verir".  


Psixoloq son olaraq bildirir ki, canlı bomba intiharları daha rahat olduğu üçün artacaq. Bunun qarşısının alınması üçünsə, dünyanın ədalətli olması lazımdı.


"Ədalət olmaza, bu yaşananlar qaçılmazdır. Ədalət nəyə lazımdır? İnsanlar özünü, gələcəyini güvəndə hiss etməlidir. Yoxsa  birini ədalət üçün, birini din üçün, birini fərqli siyası məsələ üçün terrora cəlb edəcəklər. Buna maraqlı insanlar var və dünya birliyinin ədalətsizliyindən faydalanacaq. Eyni zamanda, siyasi yolu var. Hər şey danışılmalıdır, müzakirə edilib ortaq qərara gəlinməlidir. Əgər siyasi olaraq başına hava gələn varsa, o adamın əlindəki silah partlamdan, silahı almaq lazımdır. Diplomatik yolda rədd etmək yerinə, savaş çıxaranın əlindəki silahı almaq yolları aranmalıdır. Biz terrora qarşıyıq və psixoloq olaraq insanların beynindəki meyilli siqnalları yox etməyə çalışırıq...”.



Məhsəti Şərif

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir