Modern.az

Azərbaycanda tanınmış şair öldü

Azərbaycanda tanınmış şair öldü

16 Yanvar 2017, 10:56

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, nasir Camal Yusifzadə bu səhər dünyasını dəyişib.

Modern.az-ın əldə etdiyi məlumata görə  mərhum, bir müddət olar ki, ürək xəstəliyindən əziyyət çəkirmiş. Bu səhər qəfil ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, Camal Yusifzadə 1941-ci ilin 9 avqustunda Lənkəranda anadan olub. 1991-1998-ci illərdə Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri redaksiyasının baş redaktorunun müavini olub.Bir neçə pyesi tamaşaya qoyulub.

Allah rəhmət eləsin!

 

Namidə BİNGÖL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır