Modern.az

Beynəlxalq Bankın 5 filialına cinayət işi açılıb

Beynəlxalq Bankın 5 filialına cinayət işi açılıb

Aktual

16 Yanvar 2017, 11:41

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Beynəlxalq Bankının 5 fililalı ilə bağlı cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, bunu Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin filiallar Qazax, Şəki və digər filiallardır.

K.Əliyev bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub: "Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb".

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!