Modern.az

Bakıda 18 marşrut kart sisteminə keçib

Bakıda 18 marşrut kart sisteminə keçib

16 Yanvar 2017, 12:29

Hazırda Bakı şəhərində 450 avtobusda kart ödəniş sistemi təmin edilib. Bu, 18 marşrut xətti edir.

 

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri  Mais Ağayev deyib.

O bildirib ki, 2017-ci il ərzində digər marşrut xətləri üzrə də avtobusların kart ödəniş sisteminə keçidi təmin olunacaq.

“Bunun üçün ilk növbədə biz çalışırıq ki, texniki baxımdan avtobuslar yaxşı vəziyyətə gətirilsin, çatışmazlıqlar aradan qaldırılsın. Hazırda hansı avtobuslar ki, kart sisteminə keçib, onlar texniki baxımdan, həm də sərnişindaşıma tələblərinə uyğundur. Digər avtobuslar var ki, onlarda hələlik müəyyən çatışmazlıqlar hökm sürür.  O çatışmazlıqlar aradan qaldırılandan sonra onların da kart sisteminə keçidi təmin olunacaq”.

 

Mais Ağayevin sözlərinə görə, 2017-ci il ərzində marşrut şəbəkəsində görülən işlərin daha da təkmilləşdirilməsi, marşrut şəbəkəsinin daha da müasirləşdirilməsi sahəsində mühüm işlər görüləcək.

“Marşrut şəbəkəsinə nəzarətin gücləndirilməsi ilə bağlı keçən dəfə anons vermişdik. Burada avtobuslara GPS sisteminin quraşdırılmasından söhbət gedir. Bakı şəhəri ərazisində müntəzəm sərnişin daşıyan bütün sərnişin avtobuslara bu sistem quraşdırılıb. Bu sistem vasitəsilə bütün avtobuslara nəzarət təmin ediləcək.  Bundan sonra sürücülərlə bağlı məsələ var, hansı ki, bir çox hallarda yol qəzalarının sürücülərin səhvi ucbatından baş verdiyini iddia edirik.  Bu qəzaların qarşısını almaq, sürücülərlə bağlı bütün məsələlərin köklü həllinə nail olmaq üçün 2017-ci ildə vahid sürücü bazası yaradılacaq. Vahid sürücü bazası yaradılandan sonra artıq bütün daşıyıcılara sərbəst şəkildə sürücü qəbul etmək qadağan ediləcək. Neçə nəfər sürücü lazımdırsa, BNA-ya müraciət edərək, sürücüyə olan tələbatlarını ödəyə biləcəklər”.


Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi