Modern.az

Azərbaycan xalçaları Hannover sərgisində

Azərbaycan xalçaları Hannover sərgisində

Aktual

16 Yanvar 2017, 12:37

Almaniya Federativ Respublikasının Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti də iştirak edir.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki,  “Azərxalça”  bu sərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri- İrəvan, Naxçıvan,  Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. İk dəfədir ki, Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsullarını sərgi iştirakçıları  böyük maraq və heyranlıqla qarşılayıblar.  Hannover sərgisində “ Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir.  Sərgi yanvarın 14-dən  17-dək davam edəcək.

Xatırladaq ki , DOMOTEX  Beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri , interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində  bir araya gəlirlər.  DOMOTEX  xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.

 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?