Modern.az

Son iki gündə 3 nəfər zəhərlənib öldü

Son iki gündə 3 nəfər zəhərlənib öldü

Aktual

16 Yanvar 2017, 12:54

Son iki gündə 3 nəfər zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 13-də Sumqayıt şəhərində yaşayan Sabir Nağıyev alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 14-də orada ölüb.

Bundan başqa, yanvarın 10-da sirkədən zəhərlənmə ilə xəstəxanaya gətirilən Hacıqabul rayon sakini Zöhrə Məmmədova yanvarın 14-də orada ölüb.

Gəncə şəhərində yaşayan xarici vətəndaş Zair Vəliyev isə yanvarın 14-də dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?