Modern.az

Məktəbli təyyarə qəzasında bütün ailəsini itirdi

Məktəbli təyyarə qəzasında bütün ailəsini itirdi

16 Yanvar 2017, 12:56

Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması ailə faciəsinə də səbəb olub.

Modern.az xarici mediaya istinadən bildirir ki, “Boeing”in “Manas” hava limanı yaxınlığındakı qəsəyə düşməsi zamanı həlak olanların əksəriyyəti yerli sakinlərdir.

Üçüncü sinifə gedən məktəbli isə dərsdən qayıdanda ailəsinin bütün üzvlərinin dağıntılar altında qalaraq həlak olduqlarından xəbər tutub.

“Üçüncü sinif şagirdi səhər tezdən yuxudan oyanaraq qonşu kənddəki məktəbə yollanıb. Onun ailə üzvlərinin hamısı həmin vaxt evdə olub və “Boeing”in düşdüyü ərazidəki evlərdən birində ölüblər”, - şahidlərdən biri deyib.

“Manas” hava limanına eniş etməyə hazırlaşan yük təyyarəsi yaxınlıqdakı yaşayış məntəqəsində qəzaya uğrayıb. Nəticədə 15 ev dağılıb.

Son məlumata görə, 33 nəfər ölüb. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar da var.

8 nəfər müxtəlif dərəcəli ağır xəsarət alıb.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir