Modern.az

Beynəlxalq Bankın rəhbərliyindəki dəyişiklikdən sonra nizamnamə kapitalı artır

Beynəlxalq Bankın rəhbərliyindəki dəyişiklikdən sonra nizamnamə kapitalı artır

16 Yanvar 2017, 14:20

Azərbaycan Beynəlxalq Bankı rəhbərliyində baş verən dəyişikliklərdən sonra Bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanıb.

Bu haqda Modern.az-a Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli məlumat verib.

O qeyd edib ki. bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 milyon manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına  Nəzarət Palatasında qeydiyyata alınıb.

Beləliklə, ABB-nin nizamnamə kapitalı 1.241,287,247.85 manata çatdırılmış olacaq.

“Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir”.

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov belə deyib. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.

 

Gülşən RAUFQIZI

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi