Modern.az

“Qırmızı Xaç” da əsgərimizin meyitini ermənilərdən ala bilmir

“Qırmızı Xaç” da əsgərimizin meyitini ermənilərdən ala bilmir

Aktual

16 Yanvar 2017, 16:10

Ermənistan-Azərbaycan sərhəddində baş vermiş döyüşdə  həlak olan əsgər Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı danışıqlar davam etdirilir.

 

Bunu Modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ.Hüseynova qeyd edib ki, hələ ki, danışıqlar nəticəsizdir:

“İstənilən halda Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçi rolunu həyata keçirməyə hazırdır”.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ilə  Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz  Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı nazirlik tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir