Modern.az

Milli Məclis beynəlxalq konvensiyalara baxacaq

Milli Məclis beynəlxalq konvensiyalara baxacaq

16 Yanvar 2017, 16:29

Yanvarın 18-də Milli Məclisin Mədəniyyət  komitəsinin iclası keçiriləcək.Bunu Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

İclasının gündəliyinə 2016-cı il payız sessiyası dövründə görülən işlərin hesabatı, 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı , “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə daxil edilib.

 

Həmçinin UNESCO-nun maddi-mədəni irsin qorunması haqqında konvensiyası və Azərbaycan Respublikasında bu konvensiyadan irəli gələn müvafiq qanun layihəsinin hazırlanması daxil edilib.

Yanvarın 19-da isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Bunu Modern.az-a komitənin üzvü Vahid Əhmədov deyib.

İclasın gündəliyinə bir sıra qanunlara dəyişikliklər, konvensiyalara baxılması və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı daxil edilib.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?