Modern.az

Mir” teleşirkətinin Azərbaycan Nümayəndəliyinin rəhbərinə mükafat verildi

“Mir” teleşirkətinin Azərbaycan Nümayəndəliyinin rəhbərinə mükafat verildi

16 Yanvar 2017, 17:00

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində  “Rusiya Mətbuatı Günü” münasibəti ilə bir sıra jurnalistə mükafat təqdim edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələri fəxri fərman və diplomlarla təltif olunub.

 “Mir “ Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru İlqar Paşazadə də mükafata layiq görülüb.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin rəhbəri İlqar Paşazadə qeyd edib ki,  Rusiyanın Azərbaycandakı səfirliyinin Rusiya İnformasiya- Mədəniyyət Mərkəzində Kütləvi İnformasiya vasitələrinin iştirakı ilə təşkil etdiyi “Rusiya Mətbuat günü” ilə bağlı tədbir rusiya- azərbaycan münasibətlərinin möhkəmlənməsinin və inkişafının bariz nümunəsidir.

O, həmçinin Rusiya Federasiyasaının  Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxina təşəkkürünü bildirib:

““Mir”  Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşları bu sahədə göstərikləri xidmətə görə dəfələrlə fəxri diplomlarla mükafatlandırılıblar .

Fürsətdən istifadə edərək,  Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və  inkişafındakı xidmətlərinə görə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxina təşəkkürümü bildirirəm”.

Rusiya Federasiyasının Azərbaycan Səfirliyinin müşavir-elçisi Oleq Muraşov jurnalistlərə təşəkkür edərək bildirib:

“Biz ümid edirik ki , ötən illərdə olduğu  kimi rus və azərbaycan dillərində yazan jurnalistlər Rusiya və Azərbaycan münasibətlərinin inkişafı üçün daha da çox səy göstərəcəklər.  Bu çətin sahədə işləyən hər bir əməkdaşa yeni yaradıcılıq uğurları arzulayırıq. ”

Mükafatlandırma mərasimi Azərbaycanın gənc ifaçılarının  iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, iki  ay öncə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru İlqar Paşazadə III dərəcəli ” Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir