Modern.az

Beynəlxalq Bankdan filiallarına cinayət işi açılmasına REAKSİYA

Beynəlxalq Bankdan filiallarına cinayət işi açılmasına REAKSİYA

16 Yanvar 2017, 17:17

Azərbaycan Beynəlxalq Bankı cinayət işi açılmış bir neçə filialı ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərlinin Modern.az-a verdiyi açıqlamaya görə, həmin filiallar Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Qaradağ filiallarıdır:

 

“Bu filiallarla bağlı araşdırmaların aparılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Beynəlxalq Bank özü müraciət edib. Belə ki, Bankın müvafiq nəzarət orqanlarının ötən ilin martından oktyabr ayına qədər olan müddətdə apardığı audit və digər xarakterli yoxlamalar zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb.

Bu qüsurlar müvafiq normaların, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində Banka ziyan dəyməsi ilə bağlı olub. Həmin pozuntulara yol vermiş əməkdaşlar dərhal işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər ABB tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib”.

 

Y.Cəfərli onu da bildirib ki, Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin qanunvericiliyə uyğun qurulmasında, mövcud nöqsan və çatışmazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasında, şəffaflığın təmin olunmasında maraqlıdır.

 

“Bank mərkəzi və yerli struktur bölmələrinin fəaliyyətində yol verilən hər hansı hüquqazidd hallara qarşı bundan sonra da prinsipiallıq nümayiş etdirəcək, qanunvericiliyin tələbələrini əsas tutacaq, müştəri etimadını qorumaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışacaq”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi