Modern.az

Türkiyədə növbəti PARTLAYIŞ: ölən və yaralananlar var

Türkiyədə növbəti PARTLAYIŞ: ölən və yaralananlar var

16 Yanvar 2017, 18:27

Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində partlayış baş verib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1 polis əməkdaşı həlak olub, 3-ü polis olmaqla 7 nəfər isə yaralanıb.

 

Partlayış Dəclə Universitetinin binasının yerləşdiyi rayonda baş verib.

Terrok aktı olduğu bildirilən partlayışın səbəbləri hələlik məlum deyil.

 

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

Bundan başqa, PKK terror təşkiları tərəfindən Şırnak şəhərinin Dəclə məhəlləsində kanalizasiya xəttindən yerləşdirilən əldəqayırma partlayıcı qurğu işə düşüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?