Modern.az

Bişkekdəki qəza pilotun səhvinə görə olub - VERSİYA

Bişkekdəki qəza pilotun səhvinə görə olub - VERSİYA

Aktual

16 Yanvar 2017, 19:01

İlkin ehtimala əsasən, Bişkek yaxınlığında təyyarə qəzası pilotun səhvindən baş verib.

 

Modern.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan Baş nazirinin müavini Məhəmmədkali Abulqaziyev deyib.

Təyyarənin məxsus olduğu aviaşirkətin açıqlamasında isə qəzaya səbəb kimi texniki problemlər göstərilir.

 

Qeyd edək ki, Qırğızıstan Prezidenti Almazbek Atambayevin Çinə səfərini təxirə saldığı bildirilir.

 

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı 37 nəfər həlak olub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır