Modern.az

Prezident Davosda müzakirələr aparıb  

Prezident Davosda müzakirələr aparıb   

16 Yanvar 2017, 20:02

Azərbaycan prezidenti İlham Əliyev Davosda "McKinsey" şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb. Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

 

Dominik Barton Bakıya səfərini məmnunluqla xatırlayıb, Azərbaycanda gördüyü inkişaf proseslərini, iqtisadi sahədə aparılan islahatları yüksək qiymətləndirib.

 

Söhbət zamanı “McKinsey” şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulanıb.

 

Görüşdə Azərbaycan ilə “McKinsey” şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?