Modern.az

 Diyarbəkirdəki partlayışda ölənlərin sayı 4 nəfərə çatıb

 Diyarbəkirdəki partlayışda ölənlərin sayı 4 nəfərə çatıb

16 Yanvar 2017, 23:49

Türkiyənin Diyarbəkir vilayətinin Sur qəsəbəsində polis avtobusu keçərkən terrorçuların partlayıcı qurğunu işə salması nəticəsində şəhid olanların sayı 4-ə çatıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Dəclə Universitetinin yaxınlığında baş verib. Polis avtobusu keçərkən partlayış baş verib.

 

Terror aktı nəticəsində 4 polis əməkdaşı şəhid olub, 2 polis isə yaralanıb.

 

Diyarbəkir valiliyi terror aktı ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, mənfur terror hücumu ilə bağlı araşdırma aparılır. Valilik terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan edib.

 

21:12

 

Şırnakda və Diyarbəkirdə partlayış baş verib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, ilk partlayış Diyarbəkirin Sur mahalında da partlayış baş verib. Dəclə Universitetinin binası yaxınlığında PKK terrorçularının yerləşdirdiyi qurğu polis maşını ərazindən keçərkən uzaqdan idarəetmə vasitəsilə partladılıb. Nəticədə 3 polis şəhid olub. Digər 3 polis xəstəxanada müalicə olunur.

 

Şırnakda PKK terrorçuları tərəfindən əllə düzəldilən partlayıcı qurğu şəhərin su şəbəkəsi təmir edilərkən partladılıb. Nəticədə 5 nəfər yaralanıb. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı