Modern.az

Poroşenko, Merkel və Olland müzakirələr aparıb

Poroşenko, Merkel və Olland müzakirələr aparıb

Aktual

16 Yanvar 2017, 21:26

Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Fransa prezidentinin mətbuat xidməti məlumat verib.

"Fransa prezidenti Donbasda atəşkəsə dair dekabrın 24-də əldə olunan razılaşmaya riayət edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin, Almaniya ilə yanaşı, Minsk müqavilələrinin tam paketinin həyata keçirilməsi üçün səylərini davam etdirməyə hazır olduğunu bildirib. Prezident Olland tezliklə humanitar məsələlərdə irəliləyişin əldə olunmasına, əsirlərin azad edilməsi və Ukraynanın şərqində su təchizatının bərpasına çağırıb”, məlumat deyilir.

Qeyd edək ki, Ukrayna üzrə “Normand dördlüyü”nün son sammiti oktyabrın 19-da Berlində keçirilib.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?