Modern.az

"Sverdlovsk Lotu Quluya biət etdi"

"Sverdlovsk Lotu Quluya biət etdi"

16 Yanvar 2017, 22:41

Rusiyanın Sverdlovsk vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı “qanuni oğru” Nadir Səlifova (Lotu Qulu) biət ediblər. Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan Ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır. Modern.az saytı xəbər verir ki, virtualaz.org-un məlumatına görəLotu Qulu həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Lənkəranskiyə məxsus yeri tutub. Xatırladaq ki, Rövşən Lənkəranski ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.

 

“Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”, - nəşr iddia edir.

 

Rövşənin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında Qulinin belə bir müraciəti yayılmışdı: “...Həmçinin Sizi Rövşən Lənkəranski ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Qulu. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı”.

 

Ura.ru xatırladır ki, bu yaxınlarda Bakıda Lotu Qulu ilə rəqibi – Rafiq Eyvazovun (Rafiq Masallinski) adamları arasında atışma barədə məlumat yayılmışdı.

 

Hərcənd, Nadir Səlifov öz vəkili vasitəsilə həmin məlumatı qəti şəkildə təkzib etmişdi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir