Modern.az

ADU-da dekanların işdən azad olunma SƏBƏBİ

ADU-da dekanların işdən azad olunma SƏBƏBİ

16 Yanvar 2017, 22:54

“Azərbaycan Dillər Universitetində ciddi və məqsədyönlü islahatlara start verilib. Məqsəd Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrə nail olmaq, ADU-da tədrisin keyfiyyətini yaxşılaşdırmaq və müasir tələblərə cavab verməsini təmin etmək, universitetin nüfuzunu gücləndirməkdir”.  Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri  Araz Ağayev Universitetin 5 fakültəsinin dekanının işdən çıxarılması barədə xəbərə münasibət bildirərkən deyib.

Araz Ağayevin sözlərinə görə, dekanların vəzifədən çıxarılmasına gəlincə, ADU Elmi Şurasının müvafiq qərarına əsasən, universitetin 5 fakültəsində dekan vəzifəsi vakant elan olunub: “Bu zaman qanunvericiliyin bütün tələblərinə riayət olunub. Vakant vəzifələrin tutulması ilə əlaqədar müsabiqə elan edilib və müvafiq elan "Xalq" qəzetinin bugünkü sayında yerləşdirilib. Onu da qeyd edim ki, 5 fakültənin dekanı hələ ki işlərini davam etdirir və istəsələr, dekan vəzifəsinə seçkilərdə iştirak edə bilərlər. Bu seçkilərdə elan olunmuş tələblərə cavab verən istənilən şəxs, o cümlədən xarici vətəndaşların da iştirak hüququ var”.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir