Modern.az

Azərbaycanın ən uzunömürlü sakinlərindən biri vəfat edib

Azərbaycanın ən uzunömürlü sakinlərindən biri vəfat edib

19 Mart 2011, 12:22

 

Modern.az saytının məlumatına görə, Lerik rayonunda yaşayan və Azərbaycanın ən uzunömürlü sakinlərindən biri olan 135 yaşlı Bəndiyev Kişi İslam oğlu vəfat edib. O, Lerik rayonun 40-cı kilometr yaşayış məntəqəsində yaşayırdı.  Qeyd edək ki, 135 yaşlı Kişi Bəndiyev üç dəfə ailə qurub. Birinci arvadı Məryəm nənədən övladı olmayıb. İkinci arvadı Xanənə adlı bir qadın olub. Bu izdivacdan Kişi Bəndiyevin bir oğlu olub, adını da Satılla qoyub. Hazırda Satıllanın 84 yaşı var. İkinci arvadı rəhmətə gedəndən sonra Kişi Bəndiyev 3-cü dəfə ailə qurub. Bu hadisə 1950-ci ildə baş verib. O, 1921-ci il təvəllüdlü Sona nənə ilə evlənib və bu nikahdan onların 3 oğlu 6 qızı dünyaya gəlib. Kişi Bəndiyev ölməzdən əvvəl Modern.az-a müsahibəsində demişdi ki, 135 il yaşaya bilməsinin səbəbi yediyi sud, qatıq, bal, təzə tərəvəzlə bağlıdır, daim təbiətdə-təmiz havada gəzməsiylə, yaxşı at çapmasıyla əlaqədardır. 135 yaşlı Kişi Bəndiyev ölənə kimi əlinə əsa almayıb, gözləri də yaxşı görüb, ancaq bir az ağır eşidirdi, ağzında isə bircə dişi qalmışdı. Kişi Bəndiyevin 115-dən çox nəvəsi, nəticəsi, kötücəsi qalıb. Onun üçüncü arvadı 2005-ci ildə rəhmətə gedib. Maraqlıdır ki, Kişi Bəndiyev II Dünya Müharibəsində iştirak etməyib. Hələ o zaman ona deyiblər ki, "yaşın çoxdur, qoca kişisən, müharibəyə cavanlar getməlidir". Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi