Modern.az

Dollarla krediti olan vətəndaşların MƏSƏLƏSİ - Hökumət deputatların təklifinə niyə cavab vermir...

Dollarla krediti olan vətəndaşların MƏSƏLƏSİ - Hökumət deputatların təklifinə niyə cavab vermir...

17 Yanvar 2017, 10:45

Milli valyuta hər gün yumşaq devalvasiyaya uğramaqla bir az daha ucuzlaşır. Dollarla kredit götürmüş vətəndaşların ödəniş haqqı da elə yumşaq şəkildə artmaqda davam edir. Belə ki, Mərkəzi Bankın yanvarın 17-nə açıqladığı USD/AZN rəsmi məzənnə 1,8045 səviyyəsində müəyyən olunub.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az
-a deyib ki, həmkarı Əli Məsimli ilə birlikdə hazırladığı 14 səhifəlik təklifə hökumət tərəfindən cavab verən yoxdur:

“Hələlik hökumət bu təkliflərə nə müsbət cavab verib, nə rədd edib, nə də həlli barədə qərar verib. Amma gec-tez bu məsələ öz həllini tapmalıdır. Əks təqdirdə problemli kreditlərin həcmi durmadan artacaq. Çünki dolların məzənnəsi hər gün bir az daha da bahalaşır. Bu prosesi saxlamaq qeyri-mümkündür”.

 

V.Əhmədov bildirib ki, insanlara imtiyazlar səviyyəsində güzəştə gedilməsi həm bank sisteminin sağlamlaşdırılmasına, həm də vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olar.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu