Modern.az

Ermənistan Azərbaycanı odsaçanla atəşə tutdu

Ermənistan Azərbaycanı odsaçanla atəşə tutdu

17 Yanvar 2017, 11:12

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi