Modern.az

“Həkimlər baxıb görürlər ki...”- Rafiq Hüseynov

“Həkimlər baxıb görürlər ki...”- Rafiq Hüseynov

Media

17 Yanvar 2017, 12:47

“Üç il bundan öncə əməliyyat olundum. Kəsib götürdülər. Hər üç aydan bir müayinəyə gedirəm. İldə 4 seans olmalıdır. Fizioterapiyadan keçirəm. Üç aydan bir getməyimin məqsədi odur ki, həkimlər fəsadların yenidən olub-olmadığını müəyyən etsinlər. Görsünlər ki, metostat var, ya yox. Hələlik şükür Allaha ki, yoxdu”.


Bunu Modern.az saytına açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynov bildirib.

Qeyd edək ki, 2014-cü ildə ağciyər xərçəngi səbəbindən Türkiyədə əməliyyat olunan diktor o zamandan etibarən mütəmadi olaraq dövlət hesabına Türkiyədə müayinədən keçir. 

Mətbuata açıqlamasında bir neçə dəfə tam sağalmasının qeyri-mümkün olduğunu  deyib. Əsas diqqətin isə durumun stabilliyinin qorunmasına, əlavə fəsadların meydana çıxmamasına  yönəldildiyini vurğulayıb. 

E.Nazimoğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!