Modern.az

Mənsum İbrahimov Nəzakət Teymurovanın teatrdan getməsindən TƏƏSSÜFLƏNDİ

Mənsum İbrahimov Nəzakət Teymurovanın teatrdan getməsindən TƏƏSSÜFLƏNDİ

Mədəni̇yyət

17 Yanvar 2017, 12:56

“Bu? yaradıcılıqdır. Nəzakət xanım 20 ildən artıq opera səhnəsində ləyaqətlə xidmət etdi, adını bura qızıl hərflərlə yazdırdı. Gözəl Leylimiz, gözəl ifaçımız hər zaman xidmətləri ilə yadda qaldı. Pedaqoji fəaliyyəti ilə bağlı bu cür qərar verdi. Əsas iş yeri Konservatoriyada olduğu üçün  səhnədən getmək qərarına gəldi. Bu da onun öz şəxsi fikridi”.

Bu sözləri Modern.az saytına açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov bildirib. O, “Leyli və Məcnun” tamaşasında əsas tərəf müqabili olan Xalq artisti Nəzakət Teymurovanın teatrdan getməsini bu səbəblərlə əlaqələndirib.

M.İbrahimov həmçinin, Nəzakət Teymurovanın teatrdan gedişinin “Leyli və Məcnun”un ifasına nə dərəcədə təsir edəcəyindən də danışıb:

Bu gün Opera və Balet Teatrında Leyli rolunun 4-5 ifaçısı olsa da, onların hərəsinin öz yeri var.  Həmçinin, Nəzakət xanımın da öz yeri var və hər zaman da görsənəcək”. 

E.Nazimoğlu

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər