Modern.az

Novruz Məmmədovdan nazirliklərə İRAD: Prezident KVN festivalı ilə bağlı tapşırıq verib  

Novruz Məmmədovdan nazirliklərə İRAD: Prezident KVN festivalı ilə bağlı tapşırıq verib   

17 Yanvar 2017, 13:38

"Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır".

Modern.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün Facebook hesabında yazıb.

O, nazirliklərə də irad tutub:

“Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı”.

Xatırladaq ki, KVN Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi etiraz bəyanatı verib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı