Modern.az

Şəmkirdəki qalmaqallı direktor işdən çıxarıldı

Şəmkirdəki qalmaqallı direktor işdən çıxarıldı

17 Yanvar 2017, 15:23

Təhsil Nazirliyinin Şəmkir rayon Seyfəli kənd tam orta məktəində aparılan araşdırma başa çatıb.


Şəmkir rayon Təhsil Şöbəsindən Modern.az-a verilən xəbərə görə, araşdırmanın nəticəsi olaraq Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə tutduğu vəzifədən azad edilib.

Akif Namazov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən çıxarılıb.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.


Xatırladaq ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında mediaya şikayət etmiş, bir sıra ittihamlar səsləndirmişdi. O, direktoru pul tələb etməkdə, müəllimlərdən rüşvət yığmaqda ittiham etmişdi.

Direktor A.Namazov isə keçmiş laborant Xatirə Əliyevanı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və onun buna görə işdən çıxarıldığını deyib. Direktor mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib, onun kompüterindən "seks videoları" tapdığını iddia etmişdi.


Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...