Modern.az

İstanbul terrorçusu 4 xarici dil bilirmiş

İstanbul terrorçusu 4 xarici dil bilirmiş

17 Yanvar 2017, 16:02

Türkiyə xüsusi xidmət orqanları İstanbulun "Reina" klubunda Yeni il gecəsi qətliam törədən terrorçunu həbs edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror aktının icraçısının şəxsiyyəti ilə bağlı bir çox maraqlı məqamlar üzə çıxıb.

 

Belə ki, həbs olunan Əbdülqadir Maşaripovun 1983-cü ildə Özbəkistanda anadan olduğu bildirilib.
İstanbul valisi Vasip Şahinin sözlərinə görə, Maşaripov rus dili daxil olmaqla, 4 əcnəbi doldə sərbəst danışır. Onun Əfqanıstanda xüsusi təlim keçdiyi və silahla mükəmməl davrandığı aydınlaşıb.

Maşaripov ilk ifadəsində İŞİD-ə qoşulduqdan sonra özünə Əbu Məhəmməd Xorasani adını götürdüyünü və 3 yaşlı oğlu ilə birlikdə 2016-cı ilin yanvarında qeyri-leqal yolla Türkiyəyə daxil olduğnu etiraf edib.

 

İstanbulun qərb səmtində yaxalanan Maşaripovun mənzilindən 2 ədəd tapança, döyüş sursatı və 197 min dollar pul tapılıb. Onun tez-tez mənzilləri dəyişdiyi üzə çıxıb.

İŞİD-çi iraqlı köməkçisi və Afrika ölkələrindən olan 3 qadınla birlikdə yaxalanıb.

 

Yanvarın 16-sı gecə keçirilən əməliyyat zamanı Maşaripov gizlənməyə çalışsa da, xüsusi təyinatlılar güc tətbiq edərək onu zərərsizləşdirib. Ümumilkdıə, onun tutulması üçün 2 min polis əməkdaşı səfərbər olunmuşdu.

 

"Reina" klubunda 31 dekabr gecəsi baş verən qətliam zamanı əksəriyyəti əcnəbi olmaqla, 39 nəfər həlak olmuşdu.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir