Modern.az

Amerikalı ulduzlar Trampa qarşı

Amerikalı ulduzlar Trampa qarşı

17 Yanvar 2017, 20:29

Nyu-Yorkda inauqurasiyadan əvvəl etiraz aksiyası keçiriləcək

Amerikalı aktyorlar Alek Bolduin, Mark Ruffalo və Rozi Peres, rejissor Maykl Mur, Nyu-Yorkun meri Bill de Blazio yeni prezident Donald Trampın inauqurasiyasından bir gün əvvəl etiraz aksiyası keçirəcəklər.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, genişmiqyası tədbir ayın 19-da, Nyu-Yorkun Manhetten səmtindəki Trump International Hotelin yanında nəzərdə tutulub.

Bu hotel gələcək prezident Trampa məxsusdur. Ancaq Tramp indi onun yaxınlığındakı Tramp-tauerdə yaşayır.

Ruffalonun sözlərinə görə, aksiya iştirakçıları özləri üçün qiymətli dəyərləri müdafiə etməyi planlaşdırırlar. Onlar eləcə də Vaşınqtona sübut etmək istəyirlər ki, ayrı-seçkiliyin və zərərli siyasətin əleyhinə mübarizə aparacaqlar.

Buna qədər Skarlett Yohanssonun, Şer və Ketti Perrilərin Trampın inauqrasiyasından sonra yürüş keçirəcəkləri haqda məlumat verilib. Bir qədər sonra Madonna da intim yerini göstərərək Tramp əleyhinə yürüşə çağırıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir