Modern.az

Aviaşirkət qadın sərnişinlər üçün xüsusi oturacaqlar ayırır

Aviaşirkət qadın sərnişinlər üçün xüsusi oturacaqlar ayırır

17 Yanvar 2017, 21:13

Hindistanın "Air India" aviaşirkəti qadın sərnişinlər üçün xüsusi oturacaqlar ayıracaq. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, bu addımda məqsəd qadınlara qarşı cinsi hərəkətlərin qarşısını almaqdır.

Aviaşirkətin qərarına əsasən, yanvarın 18-dən etibarən bəzi təyyarələrdə belə oturacaqlar ayrılacaq.

Hindistan mediası "Air India"nın bu qərarını dekabrın 21-də Mumbaydan Nyu Yorka uçan təyyarədə bir qadın sərnişinə qarşı cinsi hərəkətlərlə bağlı qalmaqalla əlaqələndirir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir