Modern.az

Nigeriya ordusu qaçqın düşərgəsini bombalayıb: 100 ölü  

Nigeriya ordusu qaçqın düşərgəsini bombalayıb: 100 ölü   

17 Yanvar 2017, 21:59

Nigeriya Hərbi-Hava Qüvvələri qaçqın düşərgəsini bombalayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki,  qaçqın düşərgəsinə endirdiyi aviazərbə nəticəsində azı 100 nəfər ölüb. 

 

Məlumata görə,  qaçqın düşərgəsi səhvən bombalanıb. Belə ki, hökumət “Boko Haram” terror qruplaşmasının mövqelərinə endirilməsi planlaşdırılan aviazərbənin səhvən qaçqın düşərgəsinə endirib. Ölənlər arasında “Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir