Modern.az

İkiqat olimpiya çempionu həbs edilib

İkiqat olimpiya çempionu həbs edilib

17 Yanvar 2017, 22:38

Vyana Cinayət Məhkəməsi cüdo üzrə ikiqat olimpiya çempionu Peter Zayzenbaxerin həbsi barədə qərar qəbul edib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, onun barəsində dünya üzrə axtarış elan edilib. Əlli altı yaşlı idmançı müxtəlif illərdə iki azyaşlını zorlamaqda ittiham olunur.

O, 1990-cı ildə 11 yaşlı, 2000-ci ildə isə 13 yaşlı qızı zorlayıb.

P. Zayzenbaxer 1984 və 1988-ci illərdə Olimpiya çempionu olub. O, 2010-2012-ci illərdə Gürcüstanın cüdo üzrə milli yığma komandasının baş məşqçisi işləyib.

Peter Zayzenbaxer 2012-2016-cı illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub