Modern.az

Astarada ağır qəza: 5 yaralı

Astarada ağır qəza: 5 yaralı

Aktual

17 Yanvar 2017, 23:46

Astara rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

İlkin məlumata görə, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində biri azyaşlı, digəri qadın olmaqla, 5 nəfər xəsarət alıb.

Onlardan dördü Astara Rayon Mərkəzi Xəstəxanasına, biri - Məmmədov Yusif Mirəli oğlu isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.

Qəza zamanı "VAZ-21011" markalı avtomobilin sürücüsü İbrahimov Bəylər Amil oğlu da xəsarət alıb. O da xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu