Modern.az

İstanbulu qana boyayan terrorçu haqda daha bir yenilik

İstanbulu qana boyayan terrorçu haqda daha bir yenilik

18 Yanvar 2017, 00:22

“Reina” qətliamını törətməsi nəticəsində 39 nəfərin həyatına son qoyan özbək əsilli terrorçu Abdulkadir Maşaripov ölkəsində də axtarışda imiş. Modern.az saytı xəbər verir ki, Musavat.com-un Türkiyə mediasına istinadən məlumatına görə, Maşaripov 6 il əvvəl Özbəkistandan Əfqanıstana gedərək terror təşkilatına üzv olduğu üçün adı Özbəkistanda axtarışda olanların siyahısına salınıbmış.

 

Özbəkistan təhlükəsizlik orqanlarının yetkililərindən biri Türkiyə mediasına bildirib ki, kod adı Əbu Muhamməd Xorasani olan Maşaripov ölkənin şərqindəki Kokand şəhərində qeydiyyatda olub. Özbəkistan rəsmisi terrorçu haqqında məlumatların mübadiləsi məsələsində Türkiyə hüquq mühafizə orqanları ilə əməkdaşlıq etdiklərini də vurğulayıb.

 

Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixində İstanbulun “Reina” adlı gecə klubunda qətliam həyata keçirən terrorçu Abdulkadır Maşaripov bir gün öncə İstanbulun ucqar rayonlarından olan Esenyurdda azyaşlı oğlu ilə birlikdə sağ olaraq ələ keçirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi