Modern.az

Sürücüsü bıçaqlanan avtomobili təmir sexinə satılıb

Sürücüsü bıçaqlanan avtomobili təmir sexinə satılıb

18 Yanvar 2017, 00:36

Şəmkir rayonunda taksi sürücüsü Babayev Namiq Əli oğlunu bıçaqlayan şəxs ona məxsus avtomobili qaçıraraq rayon ərazisində fəaliyyət göstərən avtomobil təmirxanalarının birinə satıb. Modern.az saytı xəbər verir ki,  “Report”un məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil tapılıb. Bıçaqlayan şəxsin axtarışı isə davam etdirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Şəmkir rayonunda taksi sürücüsü sərnişini tərəfindən bıçaqlanıb. Hadisə rayonun Seyfəli kəndi ərazisində baş verib. Naməlum şəxs taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobilə əyləşərək sürücü, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq Əli oğluna onu Seyfəli kəndinə aparmasını deyib. Yolda sərnişin sürücünü bıçaqla hədələyərək avtomobili saxladıb və daha sonra onu bıçaqlayaraq N.Babayevin avtomobilini qaçıraraq oradan uzaqlaşıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir