Modern.az

Avtobus nəqliyyatında biznes maraqları sərnişinlərə xidməti üstələyib

Avtobus nəqliyyatında biznes maraqları sərnişinlərə xidməti üstələyib

18 Yanvar 2017, 09:56

Uzun müddətdir ki, ictimai nəqliyyatdakı problemlər həllini tapa bilmir. Bəzi avtobus sürücülərinin təhlükəsizlik qaydalarına, sərnişinlərlə davranış normalarına riayət etməməsi bir çox problemlərin ortaya çıxmasına səbəb olur.

Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Ərşad Hüseynli bildirib ki, Bu sahədə problemlər həddindən artıqdır.

“Bu problemlər illərdir yığılıb qalır, həll olunmur. Avtobus nəqliyyatında sovetlər dövründən qalma problemlər var. Bunun səbəbi odur ki, vaxtilə bu sahə ilə məşğul olan qurumlar, təşkilatlar diqqəti başqa şeylər yönəldirlər. O sahədə hansısa proqramlaşdırılma aparılmayıb, pərakəndə fəaliyyət olub. Biznes maraqları ictimai axtarışları, əhalinin rahatlığı, sərnişinin təhlükəsizliyi, yol hərəkətinin təhlükəsizliyi və s.-ni üstələyib. Tədricən onu dağıtmaq lazımdır, bu da asan iş deyil.  O istiqamətdə keçən il Bakı Nəqliyyat Agentliyi yaradıldı. Bakı Nəqliyyat Agentliyi müəyyən problemləri araşdırıb, ideyalar ortaya qoyub. Görək bu işlər necə icra olunacaq, asan iş deyil. Qonunda nəzərdə tutulub ki, xüsusi təlim keçməyən sürücü avtobus sürücüsü olaraq yola buraxılmamalıdır. Bakı şəhərində ən azı 4000-ə yaxın avtobus sürücüsü var. Bunların hamısını eyni zamanda təlimə aparmaq çətin məsələdir. Bu neçə ay, hətta 1 ilin də işi deyil.  Bundan əlavə, avtobus parkı bərbad vəziyyətdədir. Bunun üçün külli miqdarda pul tapmaq lazımdır və həmin pulun sahibini inandırmaq lazımdır ki, qoyduğu pulun qarşılığında pul götürə biləcək. Marşrut xətləri və o xətlərdə kimlərində maraqları var, bunlarda nəqliyyatın düzəlməsinə mane olan hallardır. Bu problemlərin həlli qısa müddətlə olan deyil”.
 

Hüquqşünasın sözlərinə görə, sürücü hazırlığı məsələsi yol hərəkəti təhlükəsizliyinin tərkib hissələrindən biridir.

“ Həmin məsələdə təkcə avtobus sürücülərindən söz getmir. Orada yanaşmalar tamam kökündən dəyişməlidir. Tutaq ki, təlim keçməmiş, müasir vasitələrdən istifadə etməyi bacarmayan adamlar yola çıxmağı özlərinə rəva görməməlidirlər. Sürücülük vəsiqəsinin verilməsilə bağlı qanuna dəyşiklik edilməlidir. Prosedur asan olsa da, insanlar düşünməlidilər ki, mən yaxşı sürücü deyiləmsə niyə yola çıxmalıyam? Yanaşma kökündən dəyişməlidir. “D” kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmaq o demək deyil ki, o sürücü avtobus idarə etməyə hazırdır. “D” kateqoriyalı sürücüsü müəyyən təlimdən keçdikdən sonra avtobus idarə edə bilər.  Çünki avtobus tamam başqa nəqliyyat vasitəsidir.  Avtobus sürücüsü başqa sürücü ilə müqayisədə bir neçə dəfə məsuliyyətli olmalıdır. Sərnişinlə davranış tamam başqa yanaşma tələb edir”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı