Modern.az

Kapital Bank Euromoney – 2017 forumunda iştirak edir

Kapital Bank Euromoney – 2017 forumunda iştirak edir

18 Yanvar 2017, 10:26

Kapital Bank 17-18 yanvar tarixlərində Vyanada keçirilən Euromoney – 2017 forumunda iştirak edir. Ənənəvi olaraq hər ilin əvvəlində maliyyə sektorunun ən nüfuzlu tədbiri olan Mərkəzi və Şərqi Avropa ölkələri forumu keçirilir.

 

 

Foruma Kapital Bank-ın İdarə Heyətisədrinin birinci müavini Fərid Məmmədovunbaşçılıq etdiyi nümayəndə heyəti də qatılıb. Tədbirdə iştirak edən dövlət rəsmiləri, investorlar, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələri, regionda olan cari məsələlər və problemləri müzakirə edib, eləcə də cari il üçün inkişaf planlarını açıqlayıblar.

 

 

“Beynəlxalq tədbirlərdə iştirak dünyanın müxtəlif şirkətlərinin inkişaf fəaliyyəti barədə aktual məlumatların toplanmasına köməklik edir. İki gün davam edəcək tədbirdə bir sıra iri bankların nümayəndələri ilə görüşlərimiz olacaq.Onlarla hazırki dünya maliyyə bazarının vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparacayıq.Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan Kapital Bank-ı dünya miqyasında tanıdacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov bildirib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?