Modern.az

NİDA üzvünün məhkəməsi təxirə salındı

NİDA üzvünün məhkəməsi təxirə salındı

18 Yanvar 2017, 11:33

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmündən verilən apelyasiya şikayətinə ilkin baxış iclası bu gün saat 15.30-a təxirə salınıb.

 

Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

O bildirib ki, iclasın təxirə salınma səbəbi dövlət ittihamçısının iclasda iştirak etməməsi olub:

 

“İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq. İclas açıq keçiriləcək”.

 

Qeyd edək ki, vəkil apellyasiya şikayətində işə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını, Bayram Məmmədovun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 3,5,6,8,10,13 və 18-ci maddələri ilə təminat verilən hüquqlarının pozulmasının tanınmasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmünün ləğv edilərək Bayram Məmmədova bəraət verilməsini tələb edib.

 

B.Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik əldə etmə və saxlama) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?