Modern.az

Səhiyyə Nazirliyi donuz qripinə qarşı hərəkətə keçdi

Səhiyyə Nazirliyi donuz qripinə qarşı hərəkətə keçdi

18 Yanvar 2017, 11:44

2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən AH1N1 (donuz qripi)  virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə kompleks qabaqlayıcı tədbirlər həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva deyib.

 

Onun sözlərinə görə, hər il olduğu kimi 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb:

“Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir. Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib”

 

Nazirlirik rəsmisi qeyd edib ki, infeksion xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq olunub:

“O, daima yenilənir və təkmilləşdirilir. Sistem vasitəsi ilə ölkəmizdə qeydə alınan hər bir infeksiya hadisəsi barədə onlayn rejimində məlumat alınır, operativ tədbirlər həyata keçirilir, epidemioloji vəziyyət, o cümlədən rayon səviyyəsində təhlil edilir. Bu elektron proqram Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Avropada ən müasir sistem kimi qiymətləndirilib və onun vasitəsi ilə müvafiq məlumatların birbaşa ÜST-ə göndərilməsinə də imkan yaradılıb".

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi