Modern.az

"ASAN xidmət" mərkəzlərinin iş qrafiki dəyişdi

"ASAN xidmət" mərkəzlərinin iş qrafiki dəyişdi

Aktual

18 Yanvar 2017, 11:56

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq “ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

ASAN-dan Modern.az-a verilən məlumata görə, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda, profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

Bundan sonra “ASAN xidmət” mərkəzləri həftənin bazar günü vətəndaşlara saat 10.00-dan 14.00-dək xidmət göstərəcək, “ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq.

Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi