Modern.az

İrkutsk polis bölməsinin rəisi işdən qovuldu“Boyarışnik”ə görə

İrkutsk polis bölməsinin rəisi işdən qovuldu – “Boyarışnik”ə görə

18 Yanvar 2017, 12:30

Məhkəmənin qərarı ilə İrkutsk polis bölməsinin rəisi Denis Çeremisin vəzifəsindən azad olunub.

Trend-in verdiyi məlumata görə, D.Çeremisin barəsində "Boyarışnik" məhlulundan kütləvi zəhərlənmə faktı ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin "Səhlənkarlıq, ikidən çox şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, ötən ilin dekabrında İrkutsk vilayətində "Boyarışnik" adlı məhluldan 76 nəfər zəhərlənərək ölüb. Belə ki, bu, spirt tərkibli kosmetik vasitədən içki kimi istifadə olunub.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır