Modern.az

Mərkəzi Kəşfiyyat İdarəsi arxivlərini açdı

Mərkəzi Kəşfiyyat İdarəsi arxivlərini açdı

18 Yanvar 2017, 12:56

Amerikanın Kəşfiyyat İdarəsi İdarəsi öz arxivlərini açıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 13 milyon səhifədə qurumun Vyetnam, və Koreya müharibələrindəki fəaliyyəti, NLO-larla bağlı məlumatlar və s. var.

 

Açılan sənədlərə Merilend ştatındakı Milli Arxiv Kitabxanasında yerləşən 4 kompüterdə baxmaq olar.

“Bu məlumatlar yaxşı və pis anları ilə birlikdə tarixin bir hissəsidir” – deyə İdarənin əməkdaşı Xezer Xorniak deyib.

 

Arxiv sənədlərinin böyük hissəsi Vyetnam müharibəsi ilə bağlıdır. Bundan başqa, “Stargate” hərbi layihəsi və yadplanetlilərlə bağlı sənədlər də ictimaiyyətə təqdim olunub.

 

Vüqar İSMAYILOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir