Modern.az

Polis işləmək istəyənlər üçün müsabiqə

Polis işləmək istəyənlər üçün müsabiqə

6 Noyabr 2009, 13:39

Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Astara, Lerik, Mingəçevir, Oğuz, Samux, Şəki, Yardımlı, Zərdab şəhər və rayon polis şöbələrinə cinayət axtarış üzrə əməliyyat müvəkkili, Ağstafa, Cəbrayıl, Balakən, Qəbələ, İsmayıllı rayon polis şöbələrinə təhqiqatçı, Astara, Gədəbəy, Xızı, Qax, Qusar, Quba, Lerik (3), Ağstafa, Ağdaş, Daşkəsən, Gənc, Mingəçevir, Naftalan, Şəmkir, Şəki, Tovuz (2), Yardımlı, Zaqatala şəhər və rayon polis idarə və şöbələrinə polis sahə inspektoru, Bərdə, Biləsuvar, Kürdəmir, Ucar, Dəvəçi, Gədəbəy, İmişli, Neftçala, Şəki, Tovuz, Yardımlı, Yevlax şəhər, rayon, polis şöbələrinə yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru vəzifələri müsabiqəyə çıxarılıb.
Müsabiqə test imtahanlarından və müsabiqədən ibarətdir. Test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən-ali hüquq təhsili proqramına və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən suallar üzrə keçirilir. Müsabiqə-test imtahanlarını müvəffəqiyyətlə keçmiş namizədlərlə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır.
Müsabiqə dövlət təhsil müəssisələrində ali hüquq, o cümlədən beynəlxalq hüquq təhsili almış, Silahlı Qüvvələrdə həqiqi hərbi xidməti tam başa vurmuş (qadınlar istisna olmaqla), boyu 165 santimetrdən (qadınlar 160) aşağı, yaşı 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən, yaşayış yeri üzrə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonlarında qeydiyyatda olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Yuxarıda göstərilən vakant vəzifələrə təyin olunacaq müsabiqə qaliblərinin iş yerləri Bakı, Sumqayıt və Xırdalan şəhərələrində yerləşən daxili işlər orqanlarına 5 il müddətinə dəyişdirilməyəcək.
Xidmətə qəbul olmaq istəyənlər şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet, əmək kitabçasını (olanlar üçün) DİN-in inibati binasında (Bakı şəhəri, Azərbaycan prospekti, 7) 2009-cu il noyabrın 9-dan dekabrın 9-dək şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək qəbul olunur.
Əlaqə telefonları-(daxili) 15-23, 11-47, 12-54
(şəhər) 590-95-23, 590-91-47, 590-92-54  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir