Modern.az

Səhiyyə komitəsi bu qanun layihələrini müzakirəyə çıxaracaq - SİYAHI 

Səhiyyə komitəsi bu qanun layihələrini müzakirəyə çıxaracaq - SİYAHI 

18 Yanvar 2017, 13:42

Milli Məclisinin Səhiyyə Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib.

 

Modern.az xəbər verir ki, komitənin bugün keçirilən iclasında bildirilib ki, Səhiyyə komitəsi 2016-cı ilin payız sessiyasında səmərli fəaliyyət göstərib.

 

İş Planına Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Psixoloji yardım haqqında”, “Reproduktiv sağamlıq haqqında” qanun layihələri daxildir.

 

Həmçinin gözün buynuz qişasının transplantasiyası ilə bağlın müvafiq qanunvericilik aktlarına dəyişikliklərin edilməsi, Optika xidmətinin yaxşılaşdırılması ilə bağlı müvafiq qanunverici aktlara dəyişikliklərin edilməsi gözlənilir.

 

Bununla yanaşı, “Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanmasına dair dinləmə, Komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun və daxil olan ərizə və şikayətlərlə işin təşkili və 2016-cı ilin payız sessiyası dövründə görülən işlər barədə komitənin hesabatının hazırlanması daxildir.

 

Komitə sədri Əhliman Əmiraslanov deyib ki, “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırdır, yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir