Modern.az

Azərbaycanda ürək köçürülməsi həyata keçiriləcək - AÇIQLAMA  

Azərbaycanda ürək köçürülməsi həyata keçiriləcək - AÇIQLAMA  

18 Yanvar 2017, 14:01

“Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində işlər aparılır və yaxın vaxtlarda ürək transplantasiyasını həyata keçirmək mümkün olacaq”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, Azərbaycanda belə ciddi əməliyyatın həyata keçirilməsi üçün mütəxəssislər var.

“Bununla bağlı personal və texniki baxımdan heç bir problem yoxdur. Yeganə açıq qalan məsələ orqan bağışlanması ilə bağlıdır.

 Tezliklə bunun da həllini tapacağıq. Bütün hallarda yaxın vaxtlarda biz Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirə biləcəyik”.

 

Mirmahmud Kazımoğlu 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir