Modern.az

Milli Məclis “Adlar və soyadlar” məsələsinə baxacaq

Milli Məclis “Adlar və soyadlar” məsələsinə baxacaq

18 Yanvar 2017, 15:29

Azərbaycanda "Adlar və soyadlar haqqında" yeni hazırlanmış qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov bildirib.

 

O qeyd edib ki, layihəni komitə hazırlayıb. "Bu, olduqca problemli məsələdir. Nazirlər Kabinetinin qərarı kifayət etmir. Yeni layihədə bu məsələ geniş qoyulub".

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir