Modern.az

“Kinematoqrafiya haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

“Kinematoqrafiya haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

18 Yanvar 2017, 15:33

Milli Məclisinin Mədəniyyət Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib.

 

Modern.az xəbər verir ki, Rafael Hüseynov bildirib ki, Mədəniyyət komitəsi 2016-cı ilin payız sessiyasında səmərəli fəaliyyət göstərib.

İş Planına  prezidentin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" və "Yazılı abidələr haqqında" qanun layihələri daxildir.

Komitə sədri deyib ki, "Kinematoqrafiya haqqında" qanun layihəsi artıq hazırdır, yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Onun sözlərinə görə, sözügedən qanun layihəsi üzərində təkmilləşdirmələr ötən müddət ərzində də davam edib.

 

“Biz istəyirik ki, bu sənəd Azərbaycanın kino həyatına, kinematoqrafiyanın inkişanın böyük töhfə və təkan versin. Odur ki, bir sıra sahələr üzrə mövcud olan bəzi istisnaların bu sahəyə də şamil olunmasını istəyir və nəzərdə tuturuq. Konkret olaraq, kinematoqrafiyanın, kino sənətinin bir sıra vergi və gömrük rüsumlarından azad olunmasının müvafiq qanunda əksini tapmasını və reallıqda işləməsini istəyirik. Bununla bağlı həm komitəmiz, həm də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tətəfindən aidiyyatı qurumlarla müzakirələrimiz, məsləhətləşmələrimiz davam edir.

 

Bu baxımdan hesab edirəm ki, qanun layihəsi bu ilin yaz sessiyasının lap əvvəllərində plenar iclaslardan birinin müzakirəsinə çıxarıla bilər və çox güman ki, belə də olacaq. Bu sənəd yaz sessiyasında müzakirəyə təqdim oluna biləcək. Onun qəbuluna çox böyük ehtiyacımız var”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?