Modern.az

Rusiya Ermənistanda ən müasir radiolokasiya sistemi yerləşdirdi

Rusiya Ermənistanda ən müasir radiolokasiya sistemi yerləşdirdi

18 Yanvar 2017, 15:47

Rusiya Gümrüdəki 102-ci hərbi bazaya müasir “Nebo-M” radiolokasiya sistemləri yerləşdirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sistemlər Türkiyə, Gürcüstan, İraq, Suriya və Naxçıvanın hava məkanına nəzarət etməyə imkan verəcək.

 

Məlumata görə, Moskva bu sistemləri Bakının İsraildən aldığı Green Pine sistemlərinə cavab olaraq Gümrüyə yerləşdirib.

 

“Nebo-M” radiolokasiya sistemləri raket hücumundan xəbərdarlıq sistemləridir. Sektoral rejimndə 200-250 kilometr məsafədə reaktiv atəş sistemlərinin koordinatlarını müəyyənləşdirməyə qadirdir.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?