Modern.az

Mətbuat Muzeyi yaradılsın – TƏKLİF

Mətbuat Muzeyi yaradılsın – TƏKLİF

18 Yanvar 2017, 15:58

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mətbuat Muzeyinin yaradılması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə deputat Cavanşir Feyziyev çıxış edib.

Deputat bildirib ki, xarici ölkələrdə bizim mətbuat nümunələrimiz var ki, onların bəziləri alınaraq Azərbaycana gətirilib.

 

“Bu prosesi davam etdirmək olar. Müxtəlif ölkələrdə bəzi mətbuat nümunələrimiz original şəkildə saxlanılır və ya satışa çıxarılır. Biz bunları toplayıb Azərbaycanda çox mükəmməl Mətbuat Muzeyi yarada bilərik. Bu da ölkənin mədəni irsinin, tarixinin göstəricisi kimi qiymətli iş ola bilər. Bu baxımdan növbəti dövrdə bu məsələyə yer ayırmağımız yaxşı olar”.

 

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov təklifi dəstəkləyərək bildirib ki, sözügedən muzeydə ayrı-ayrı mətbuat nümunələri deyil, Azərbaycan jurnalistikasının təmsilçiləri və mətbuat tariximiniz təbliğ edilməlidir.

 

“Azərbaycanda ana dilli mətbuatın tarixi əsas olaraq “Əkinçi” ilə başlayır. Lakin Azərbaycan mətbuatının tarixi 1830-cu ildə Tiflisdə çıxan Azərabaycan nəşrləri ilə başlanıb. Bu baxımdan düşünürəm ki, Mətbuat Muzeyi XIX əsrin əvvəllərindən bu günə qədər keçən yolu əks etdirməlidir”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir