Modern.az

«Bir mətbuat konfransının tarixi»nin təqdimatı olacaq

«Bir mətbuat konfransının tarixi»nin təqdimatı olacaq

18 Yanvar 2017, 17:15

Sabah - yanvarın 19-da saat 14.00-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində «Bir mətbuat konfransının tarixi» adlı sənədli filmin təqdimatı keçiriləcək.

 

Məlum olduğu kimi, görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirmiş, hadisəyə siyasi qiymət vermişdi. Onun çıxışından sonra Moskvada yaşayan minlərlə azərbaycanlı etiraz mitinqləri keçirmişdi. Bununla yanaşı Rusiyadan SSRİ Ali Sovetinin deputatları, ictimai təşkilatların nümayəndələri Bakıya gəlmişdilər. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər geniş ictimaiyyətə çatdırılmış, mövcud istiqamətdəki yanlış ictimai rəy aradan qalxmışdı.

 

«Bir mətbuat konfransının tarixi» sənədli filmində bütün bu məqamlara nəzər salınmış, r Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilmiş, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer almışdır.

 

Qeyd edək ki, «Bir mətbuat konfransının tarixi» sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi «Qulp studio» tərəfindən hazırlanıb.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir